Cəbrayılda 33 yaşayış binası inşa edilir - VİDEO
    • 25-01-2024, 11:50
    • 232

Cəbrayılda 33 yaşayış binası inşa edilir - VİDEO

Bu il Cəbrayıl şəhərinə köç olacaq. Hazırda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur.

News24.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.

Məlumata görə, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur. Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq.

Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunur.