Ukrayna Futbol Assosiasiyasının yeni prezidenti təyin edildi
    • 25-01-2024, 16:00
    • 89

Ukrayna Futbol Assosiasiyasının yeni prezidenti təyin edildi

Andrey Şevçenko Ukrayna Futbol Assosiasiyasının yeni prezidenti olub.

News24.az xəbər verir ki, bu barədə "Suspilne Sport” məlumat yayıb.

Qeyd edək ki, 47 yaşlı Şevçenko UAF prezidenti postuna yeganə namizəd olub və seçkilərə bir ay qalmış UAF-ın bütün daimi üzvləri tərəfindən bu vəzifəyə irəli sürülüb. Bundan sonra Şevçenko seçkilərdə iştirak edəcəyini təsdiqləyib. Birbaşa qurultayda 93 UAF nümayəndəsi “lehinə”, 0 “əleyhinə” və “bitərəf” səs verib.

Xatırladaq ki, UAF prezidenti kimi Andrey Şevçenko 2015-ci ildən bu vəzifədə olan Andrey Pavelkonu əvəz edəcək. 

Mehriban Mirzəzadə