Alen Delon Zelenskidən müsahibə alacaq
    • 22-09-2022, 12:18
    • 223

Alen Delon Zelenskidən müsahibə alacaq

Məşhur fransız aktyor Alen Delon Ukrayna prezidenti Vladimir Zelenskidən müsahibə alacaq.

News24.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Müsahibə sentyabrın 23-də baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl Alen Delon Rusiyanın həyata keçirdiyi xüsusi əməliyyat fonunda Ukraynaya dəstəyini ifadə edib.

O, “Ukrayna ilə bağlı baş verənlər məni çox üzdü və təsir etdi” deyib.

Bundan başqa, ötən gün 86 yaşlı aktyor ukraynalı şair Taras Şevçenko ilə bağlı xüsusi televiziya proqramına qatılıb və canlı yayımda onun şeirindən bir neçə sətir oxuyub.