Mediasiyanın tətbiq dairəsi dəyişib - SƏRƏNCAM
    • 25-01-2024, 17:09
    • 139

Mediasiyanın tətbiq dairəsi dəyişib - SƏRƏNCAM

Prezident İlham Əliyev "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1079-VIQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

News24.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1079-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1079-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.