-
- 25-01-2024, 17:30
- 150
Bu ölkələr Qəzza zolağına yardımı artırmağa çağırdı
Böyük Britaniya və Qətər Qəzza zolağına humanitar yardımın tədarükünü artırmağa çalışır.
News24.az xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.
Böyük çadırlar da daxil olmaqla 17 ton ağırlığında Böyük Britaniya-Qətər ilk birgə yardım göndərişi bu gün yola salındı.
Böyük Britaniya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, yük təyyarə ilə Misirə çatdırılıb, oradan isə avtomobil yolu ilə Qəzza zolağına daşınacaq.
Bundan əvvəl xarici işlər naziri Devid Kemeron İsrailə səfəri zamanı ölkə rəhbərliyini humanitar yardımın çatdırılması üçün Qəzza zolağı ilə sərhəd keçidlərini açmağa çağırıb.
Mehriban Mirzəzadə