"76,5 milyona yaxın məbləğdə ziyan ödətdirilib"
    • 26-01-2024, 10:34
    • 80

"76,5 milyona yaxın məbləğdə ziyan ödətdirilib"

Xəbər verildiyi kimi, yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Geniş Kollegiya iclası keçirilib.

News24.az bildirir ki, geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.

Baş prokuror bildirib ki, 2023-cü ildə prokurorluq orqanları tərəfindən 76 milyon 223 min 179 manat məbləğində ziyanın ödənilməsi təmin edilib. 

Həmçinin, əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 7 milyon 491 min 995 manat məbləğində pul vəsaiti ödənilib, 44 milyon 344 min 204 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.