-
- 26-01-2024, 12:31
- 516
Azyaşlı övladını dilənməyə məcbur edən qadın saxlanıldı - VİDEO
Yetkinlik yaşına çatmayanların alveri ilə bağlı cinayət sxemi aşkar edilib, 2 nəfər tutulub, 1 nəfərə isə ittiham irəli sürülüb.
News24.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
1989-cu il təvəllüdlü N.A yetkinlik yaşına çatmayanların alverində, 1981-ci il təvəllüdlü O.Ç. isə xüsusilə ağır cinayət barədə məlumat vermədiyinə görə saxlanılıb, eyni cinayət üzrə hazırda həbsdə olan 1991-ci il təvəllüdlü B.B.-yə qarşı ittiham irəli sürülüb.
Aparılmış istintaqla müəyyən edilib ki, təqsirləndirilən N.A. yetkinlik yaşına çatmayanların alveri sxemi hazırlayıb, azyaşlı övladına psixoloji təzyiq göstərərək Tbilisi şəhərinin müxtəlif rayonlarında dilənməyə məcbur edib.
Həmçinin istintaq təqsirləndirilən N.A-nın azyaşlı uşağa qarşı törətdiyi ağır cinayətin əvvəllər məhkum olunmuş O.Ç.-yə və həbsdə olan B.B.-yə məlum olduğunu müəyyən edib.
Nəzrin