-
- 26-01-2024, 16:00
- 346
Sülhməramlılar nə vaxt mina təmizləyən olub? - Üzeyir Cəfərovdan SƏRT AÇIQLAMA
2025-ci ilə kimi Rusiya sülhməramlılarının Qarabağı tərk edəcəyi gözlənilmir.
Bu sözləri News24.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, Rusiya tərəfi hər vəchlə, müxtəlif bəhanələrlə Qarabağda qalmağa çalışır:
“Guya Azərbaycan üçün hansısa elektrik xətləri çəkirdilər, daha sonra hərbiyə aid olmayan məsələlərlə Azərbaycana dəstək olmağa çalışırdılar. Sonuncu açıqlamaları isə guya bunlar Azərbaycana mina təmizləmə işində kömək olacaqlar, amma görünən odur ki, onlar heç Azərbaycana bu məsələdə də lazım olan köməyi göstərmək gücündə deyillər. Axı sülhməramlılar nə zamandan mina təmizləyən olublar? Bu məsələ xalqımızı narahat edən əsas mövzulardan biridir. Bu məsələ hələ də öz həllini tapmır".
Ekspert bildirib ki, ruslar bölgədə qalmaq üçün hər yola əl atırlar:
“Biz isə belə olduqda daha diqqətli olmalıyıq. Çünki Rusiya sülhməramlılarının bölgədə qalması bizim üçün hər mənada təhlükədir. Onlara etibar etmək olmaz. Düşünürəm ki, Rusiya sülhməramlıları bölgədən tez bir zamanda çıxarılmalıdır. Hətta Lavrov düşünür ki, o Azərbaycanın siyasi rəhbərliyi ilə danışacaq və bu məsələni öz xeyirlərinə həll edəcək. Bu təhlükə var, amma ümid edək ki, rus əsgərləri Qarabağdan çıxacaqlar və növbəti mərhələdə də onların Ermənistandan çıxması qaçınılmazdır. Beləliklə, ruslar Cənubi Qafqazı itirməkdə davam edirlər”.
Mehriban Mirzəzadə