-
- 15-04-2019, 16:49
- 1 107
Dövlət başçısının “Normativ hüquqi aktlar haqqında” qanunda dəyişiklik haqda FƏRMANI
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
News24.az xəbər verir ki, Fərmana əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutularaq
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 88; 2013, № 4, maddə 374; 2016, № 10, maddə 1629; 2018, № 7, maddə 1502) aşağıdakı dəyişikliklərin edilməsi, 1.3.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilməsi qərara alınıb.
Eləcə də “1.4. qanunvericiliyin təsirinin qiymətləndirilməsi məqsədi ilə 1.4.1. hazırlanan hüquqi aktların layihələrinin və qüvvədə olan hüquqi aktların bu Fərmanın 1-1.1-ci bəndində nəzərdə tutulmuş qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizminə müvafiq olaraq monitorinqinin həyata keçirilməsi ilə bağlı tədbirlərin görülməsi, 1.4.2. bu Fərmanın 1.4.1-ci yarımbəndinə uyğun olaraq aparılmış monitorinqin nəticələri ilə bağlı təkliflərini (məlumatlarını) bu Fərmanın 1-1.1-ci bəndində nəzərdə tutulmuş qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizminə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilməsi, qərara alınıb.
Fərmanda eləcə də aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilməsi əksini tapıb:
“1-1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
1-1.1. inkişaf etmiş xarici dövlətlərin qanunvericiliyin təsirinin qiymətləndirilməsi sahəsində mütərəqqi təcrübəsini nəzərə almaqla, qanunvericiliyin təsirinin qiymətləndirilməsi mexanizmi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1-1.2. bu Fərmanın 1.4.2-ci yarımbəndinə uyğun təqdim olunacaq təklifləri (məlumatları) Administrasiyanın hüquq xidməti vasitəsilə ümumiləşdirərək Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1-1.3. Administrasiyanın hüquq xidməti vasitəsilə qanunvericiliyin təsirinin qiymətləndirilməsi üzrə işlərin əlaqələndirilməsini təmin etsin.”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.