Türkiyəyə işləməyə gedən azərbaycanlı gənc itkin düşdü
    • 26-01-2024, 19:59
    • 123

Türkiyəyə işləməyə gedən azərbaycanlı gənc itkin düşdü

Türkiyədə azərbaycanlı gənc itkin düşüb.

News24.az xəbər verir ki, bu barədə onun valideyni sosial şəbəkədə məlumat paylaşıb. Məlumata əsasən, 22 yaşlı Həmid Məhərrəmov 4 gün əvvəl işləmək üçün Türkiyəyə gedib. Bakı aeroportunda polis əməkdaşları gəncin yaxınlarına Həmidin İstanbul şəhərinə uçduğunu bildiriblər.

Bundan sonra 4 gündür ki, ailəsi ondan xəbər ala bilmir.

H. Məhərrəmovun atası Türkiyədə onu görən həmyerlilərimizdən məlumat vermələrini xahiş edir./lent.az