-
- 28-01-2024, 23:37
- 370
Cəlilabadda ölən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub
TƏBİB Cəlilabad rayonunda ölən körpə ilə bağlı açıqlama yayıb.
News24.az report.az-a istinadən xəbər verir ki, 27.01.2024-cül il tarixində Cəlilabad rayonunun Günəşli kənd sakini 2023-cü il təvəllüdlü azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub, zəruri tibbi xidmət göstərilib.
Həkimlərin bütün səylərinə baxmayaraq, 28.01.2024-cü il tarixində saat 19:40 radələrində ölüm qeydə alınıb.