-
- 29-01-2024, 17:00
- 168
Gürcüstanın baş naziri istefa verdi
Gürcüstanın baş naziri İrakli Qaribaşvili vəzifəsindən getdiyini açıqlayıb. O, hakim partiyaya rəhbərlik etmək təklifi aldığını bildirib.
News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, yanvarın 24-də Gürcü Arzusu Partiyasının Siyasi Şurasının iclası keçirilib:
“İclasda partiyanın qurultayının fevralın 1-də keçirilməsi qərara alınıb və həmin qurultayda dəyişikliklərin açıqlanması nəzərdə tutulub. Bundan əlavə, Kobaxidze Gürcü Arzusu Partiyasının siyasi katibi postunu da tutacaq”,- məlumatda qeyd olunub.
Mehriban Mirzəzadə