Nura ilə Tünzalənin qalmaqalı bitdi? - ÖZƏL AÇIQLAMA
    • 30-01-2024, 12:24
    • 251

Nura ilə Tünzalənin qalmaqalı bitdi? - ÖZƏL AÇIQLAMA

Müğənni Nura Suri illərdir küsülü olan Xalq artisti Tünzalə Ağayevanın onun mahnısına rəqs etməsinə aydınlıq gətirib. 

News24.az-a açıqlama verən müğənni  bildirib ki, həmkarı ilə çoxdan barışıb:

“Ötən ildən barışmışıq. Aramızda küsülülük yoxdur”. 

Qeyd edək ki, Nuranın “ATV maqazin onlarla” verilişində dediyi “Özünü hər kəsdən üstün görür” sözləri qarşı tərəfin xoşuna gəlməmişdi. T.Ağayeva isə cavabında Nuranı tənqid edib, onu müğənni hesab etmədiyini bildirmişdi.

Könül İbrahim