-
- 30-01-2024, 22:20
- 235
Alimlər bir daha xəbərdarlıq etdi: Dünya daha da təhlükəli olacaq
İqlim dəyişikliyi güclü yağış və qar yağması ehtimalını iki dəfə artırıb. Bütün dünyada ekstremal hava şəraiti güclənməyə davam edəcək.
News24.az publika.az-a istinadən xəbər verir ki, Ümumdünya Hava Atributunun (WWA) bir hissəsi olan İngiltərə, Niderland, ABŞ, Almaniya və İsveçrənin universitet və institutlarında çalışan 10 tədqiqatçı bir neçə ölkəni əhatə edən ərazidə 3 günlük orta yağıntı və küləyin maksimal sürətini araşdırıb. Tədqiqatçılar qlobal istiləşmənin təsiri altında olan iqlim şəraitini sənayedən əvvəlki dövr iqlimi ilə müqayisə edib.
Noyabrın 28-də Şərqi Avropaya çatan "Bettina" qasırğası Moldova, Bolqarıstan, Rumıniya və Ukraynaya güclü qar, Krım, Ukraynanın şərqi və Türkiyənin əksər ərazilərinə isə güclü yağışlar gətirib.
Fırtına zamanı əksəriyyəti ukraynalı olmaqla ən azı 23 nəfər həlak olub, 2,5 milyondan çox insanı əhatə edən elektrik enerjisi kəsilib, infrastrukturlar zədələnib və nəqliyyatda fasilələr yaranıb.
Tədqiqatçılar Rusiya-Ukrayna müharibəsinin "Bettina" qasırğasının təsirlərinin daha da şiddətlənməsində rol oynadığını düşünürlər. Münaqişələr səbəbi ilə köçkün düşmüş ukraynalıların bu vəziyyətdən təsirləndiyini, ən çox təsirlənənlərin isə yaşlılar, uşaqlar və əlillər olduğunu bildiriblər.
Təhlillərə görə, insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə davam etdikcə, Şərqi Avropada qış tufanlarından qaynaqlanan yağıntılar daha da intensivləşəcək.