Yastığınızın altına limon qoyun! - İNANILMAZ FAYDALARI
    • 30-07-2018, 22:00
    • 2 999

Yastığınızın altına limon qoyun! - İNANILMAZ FAYDALARI

Yatarkən otağınızı limon qoxusuna qərq etsəniz, günə daha gümrah başlayacaqsınız.

Misilsiz faydaları ilə bir çox evlərin sevimlisi olan limon həm də antibaktrial funksiyaya sahibdir. Yatarkən otağınıza və ya yastığınızın altına limon qoysanız, ətrafdakı bakteriya və viruslardan da xilas olmuş olacaqsınız. Limon qoxusu həmçinin, sizə günə daha enerjili başlamağa da kömək edəcək.

 Limonun tərkibində olan antioksidantlar səhər oyandıqda sizi yarana biləcək baş ağrılarından xilas edəcək. Yatarkən nəfəsalmadan problemi olan şəxslər üçün otağa limon qoymaq məsləhətlidir. Limon bundan əlavə qan təzyiqinin normada qalmasına və stressdən uzaq olmağınıza da kömək edər.