İran bu ölkələr üçün viza rejimini ləğv etdi
    • 31-01-2024, 12:02
    • 101

İran bu ölkələr üçün viza rejimini ləğv etdi

İran fevralın 4-dən Belarus, Qətər, Qırğızıstan, Meksika, BƏƏ, Səudiyyə Ərəbistanı, Serbiya, Özbəkistan və Yaponiya da daxil olmaqla 28 ölkə ilə viza rejimini birtərəfli qaydada ləğv edir.

News24.az xəbər verir ki, bu barədə IRNA-ya İranın xarici işlər nazirinin müavini Əlirza Bigdeli bildirib. 

“Xarici İşlər Nazirliyi Nazirlər Kabinetinin 28 ölkə üçün vizaların ləğvi ilə bağlı təsdiq etdiyi fərman barədə müvafiq orqanlara məlumat verib. Bu 28 ölkənin İrana turizm məqsədi ilə səfər edən vətəndaşlarının 2024-cü il fevralın 4-dən etibarən viza tələb olunmur”, - deyə Bigdeli vurğulayıb. 

müavini əlavə edib. Ayrı-ayrılıqda o, Hindistanla bağlı vəziyyəti qeyd etdi və vurğuladı ki, bu ölkə vətəndaşları yalnız hava yolu ilə sərhədi keçdikdə viza tələb etməyəcəklər.

Nazir müavini Hindistanla bağlı vəziyyətin də danışıb. O,  bu ölkə vətəndaşlarından yalnız hava yolu ilə sərhədi keçdikdə viza tələb olunmayacağını deyib. 

Teymur Məmmədov