-
- 16-04-2019, 12:35
- 1 407
Tolik: “MTRŞ efirə qadağa qoysaydı...”
Xəbər verdiyimiz kimi, bu gün Tarix Əliyevin aparıcılıq etdiyi “Hər şey daxil” verilişində qonaq olan müğənni Rüfət Axundov efiri yarımçıq tərk edib.
News24.az xəbər verir ki, müğənninin efirdən Milli Televiziya və Radio Şurasının göstərişi ilə qovulduğu iddiası irəli sürülüb.
Məsələ ilə bağlı verilişin aparıcısı, prodüser Tarix Əliyev News24.az-a R.Axundovun efirdən qovulmasını belə şərh edib: “Verilişin anonsu dünəndən yayımlanır. Əgər Milli Televiziya və Radio Şurasının belə bir göstərişi olsaydı, öncədən bildirilərdi. Rüfət özü yəqinki bu haqda açıqlama verəcək”.