Azərbaycanda vəzifəli şəxs FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
    • 1-02-2024, 12:10
    • 217

Azərbaycanda vəzifəli şəxs FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 14-cü kilometrliyində qeydə alınıb.

Goranboy rayon Todan kənd sakini Ağamalı Məmmədovun idarə etdiyi avtomobillə Gəncə sakini Samir Qarayevin sürdüyü maşın toqquşub. Nəticədə A.Məmmədovun avtomobilində olan sərnişin, 1969-ci il təvəllüdlü İbrahimov Şirin Qələndər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qəzada həyatını itirən Şirin İbrahimov Todan Bələdiyyəsinin sədri vəzifəsində çalışırmış.