-
- 1-02-2024, 15:50
- 1 943
Ölkənin baş nazir postuna yeni namizəd irəli sürüldü...
Hakim “Gürcü Arzusu” partiyası Baş nazir postuna İrakli Kobaxidzenin namizədliyini təsdiqləyib.
News24.az xəbər verir ki, qərar partiyanın siyasi şurası tərəfindən qəbul edilib.
Partiyanın yeni sədri İrakli Qaribaşvili qurultayda çıxışı zamanı Baş nazir postuna namizədinin İrakli Kobaxidze olduğunu bildirib və ona uğurlar arzulayıb.
Qurultayda simvolik səsvermə də keçirilib.
Qeyd edək ki, İrakli Kobaxidze hökumətin yeni tərkibini açıqlayacaq. Gələn həftə ölkə parlamenti Baş nazir və hökumətin tərkibini təsdiq edəcək.
Xatırladaq ki, İrakli Qaribaşvili yanvarın 29-da Baş nazir vəzifəsindən istefa verib.
Aynurə