Utilizasiya fonduna köçürmələr BAŞLADI
    • 1-02-2024, 17:24
    • 113

Utilizasiya fonduna köçürmələr BAŞLADI

Bu gündən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fonduna vəsaitlərin köçürülməsinə başlanılıb.

News24.az xəbər verir ki, bunu  "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.

O qeyd edib ki, Maliyyə Nazirliyi tez bir zamanda Fond üçün hesab açıb.

"Dünəndən Dövlət Gömrük Komitəsi və Daxili İşlər Nazirliyi ilə danışıqlar aparırıq ki, tez zamanda vəsaitlərin ödənilməsini təmin etsinlər. Məndə olan məlumata görə, artıq hər iki qurumda işlər yekunlaşıb və köçürülmə ilə bağlı problem yoxdur", - deyə Etibar Abbasov qeyd edib.

O, prosesin aparılmasında əsas iki məqamı vurğulayıb:

"Bu proqram könüllülük prinsipi əsasında həyata keçiriləcək. Burda hər bir şəxs istədiyi zaman istirsmara yararsız nəqliyyat vasiyəsini gətirib təhvil verib bu proqrama qoşula bilər. Eyni zamanda, Fond məqsədli fond olacaq. Yəni bu fond büdcə tərkibində olan fonddur və büdcədə də qayda belədir ki, il bitəndən sonra ordakı bütün qalıq vəsaitlər büdcəyə köçürülür. Amma burda əsas məqsədimiz odur ki, bu Fonda daxil olan vəsaitlər növbəti ildə də istifadə oluna bilsin. Yəni qalıq vəsailər növbəti ilə keçəcək və yalnız bu proqram üçün istifadə olunacaq".

"Eyni zamanda "Təmiz Şəhər" olaraq artıq biz işə başlamışıq ki, bu proqramı proqram təminatı üzərində quraq. Yəni prosesi tam avtomatlaşdıraq. Bu proqrama qoşulanlar proqram təminatı vasitəsilə ərizə ilə müraciət edəcəklər və özləri də icraatın hansı mərhələdə olduğunu izləyəcəklər. Eyni zamanda dövlət orqanları da öz funksiyalarına uyğun olaraq proqram təminatı vasitəsilə prosesləri izləyə biləcək", - deyə E.Abbasov əlavə edib.