Hərbçilərimiz Türkiyəyə yola salındı - VİDEO
    • 7-05-2024, 18:20
    • 96

Hərbçilərimiz Türkiyəyə yola salındı - VİDEO

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES - 2024” çoxmillətli təlimi davam edir.

Bu barədə News24.az-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb.

“EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.