-
- 1-02-2024, 19:00
- 349
Finlandiya XİN Rusiya və Şərqi Avropa departamentlərini ləğv etdi
Finlandiya Xarici İşlər Nazirliyi strukturunda islahatlar aparır, xüsusən də Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Departamenti ləğv ediləcək.
News24.az xəbər verir ki, bu barədə Finlandiya hökumət idarəsindən verilən məlumatda deyilir.
“Rusiya ilə bağlı məsələlərlə Asiya və Okeaniya Departamenti məşğul olacaq”,- deyə məlumatda qeyd olunub.
Məlumata görə, ümumilikdə Xarici İşlər Nazirliyinin üç departamenti olacaq. Avroatlantika departamenti, Asiya və Okeaniya departamenti və Afrika, Yaxın Şərq və Latın Amerikası departamenti.
Mehriban Mirzəzadə