Finlandiya Rusiya ilə sərhədi nə vaxt açacaq?
    • 11-01-2024, 22:56
    • 192

Finlandiya Rusiya ilə sərhədi nə vaxt açacaq?

"Finlandiya Rusiya ilə sərhədi fevral ayına qədər açmayacaq".

News24.az  "YLE"yə istinadən xəbər verir ki, bu barədə Finlandiyanın daxili işlər naziri Mari Rantanen mətbuat konfransında bildirib.

Qeyd olunur ki, hökumət Finlandiyanın şərq sərhədində sərnişindaşıma ilə bağlı məhdudiyyətlərin uzadılması barədə qərar qəbul edib. 

Hökumətin qərarına əsasən, Rusiya ilə sərhəd fevralın 11-dək bağlı qalacaq.

Daxili işlər nazirliyi bildirib ki, daxil olan məlumata görə, yaxınlıqda hələ də şərq sərhədlərinin açılmasını gözləyən mühacirlər var.

Ayşən