“Əşya bazarı”ndakı yanğında xəsarət alanlar OLUBMU? – Rəsmi AÇIQLAMA
    • 2-02-2024, 13:47
    • 354

“Əşya bazarı”ndakı yanğında xəsarət alanlar OLUBMU? – Rəsmi AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtda “Əşya bazarı”nda yanğın baş verib.

News24.az bildirir ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub, yanğın söndürülüb.

Qeyd edək ki, yanğının başvermə səbəbi ilə bağlı araşdırma aparılır.

Yanğında ölən və xəsarət alanların olub-olmaması ilə bağlı TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə əlaqədar təcili tibbi yardıma müraciət daxil olmayıb.