Fidan Əliheydərə vəzifə verildi
    • 3-02-2024, 20:06
    • 255

Fidan Əliheydərə vəzifə verildi

Azərlotereya ASC-nin mətbuat xidmətinə yeni mətbuat katibi təyin olunub. 

News24.az Valyuta.Az-a istinadən xəbər verir ki, bu post tanınmış jurnalist Fidan Əliheydərə həvalə olunub. 

Əvvəllər müxtəlif televiziya kanallarında çalışan Fidan Əliheydər yaşam koçu və kitablar müəllifi kimi tanınır. 

Fidan Əliheydər Azərlotereya ASC-də mətbuat katibi təyin olunana qədər isə həmin qurumun media ilə koordinatoru vəzifəsində çalışıb.