Bakıdakı dəhşətli partlayışda yaralanan şəxsin SON DURUMU
    • 6-02-2024, 13:31
    • 454

Bakıdakı dəhşətli partlayışda yaralanan şəxsin SON DURUMU

06.02.2024-cü il tarixində saat 03:58 radələrində Yasamal rayonu, İnşaatçılar pr. 11B ünvanında baş vermiş partlayış nəticəsində xəsarət alan 1996-cı il təvəllüdlü şəxs (cinsi kişi) Klinik Tibbi Mərkəzin Təcili Tibbi Yardım şöbəsinə gətirilib.

TƏBİB-dən News24.az-a verilən məlumata görə, ona döş və belin küt travması diaqnozu təyin edilib.

Xəsarət alan şəxsə zəruri tibbi yardım göstərilərək ambulator müalicə üçün evə buraxılıb.