-
- 19-10-2022, 11:24
- 400
Siyəzəndəki qəzada yaralananların SON DURUMU
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların son durumunu açıqlayıb.
TƏBİB-dən News24.az-a bildirilib ki, baş verən hadisə ilə əlaqədar Siyəzən Müalicə Diaqnostika Mərkəzinin Təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.
Hadisə nəticəsində xəsarət alan 10 nəfər (hər biri qadın olmaqla) saat 08:40 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Onların hər biri zəruri müayinələrdən keçirilib.
Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.
Digər xəstələrin müalicəsinə tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir.