Orduda mühüm məşğələlər keçirilir - VİDEO
    • 8-02-2024, 10:03
    • 396

Orduda mühüm məşğələlər keçirilir - VİDEO

“Əlahiddə Ümumqoşun Ordunun 2024-cü tədris ilinin döyüş hazırlığı planı”na əsasən keçirilən dərs və məşğələlərdə qoşunların müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyət tərəfindən vəzifələrin öyrənilməsi, bölmələrin tapşırıqlarının dəqiqləşdirilməsi, həyəcan siqnalı ilə qaldırılaraq  cəmləşmə rayonlarına çıxarılması, gizli idarə olunması və qəfil ortaya çıxan tapşırıqların vaxtında icra olunması məşq etdirilir.

News24.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Şəxsi heyətin bilik və bacarıqlarının artırılması, bölmələrin döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması,  dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsi məqsədilə keçirilən dərs və məşğələlər tədris ili dövründə mütəmadi olaraq davam etdiriləcək.