-
- 15-10-2022, 22:15
- 262
Kişinyovda hakimiyyətin istefası tələbi ilə aksiya keçirilib
Moldovanın paytaxtı Kişinyovun mərkəzində növbəti etiraz aksiyası keçirilib.
News24.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Aksiyada müxalifət tərəfdarları Moldova rəhbərliyinin istefasını tələb ediblər.
Yüzə yaxın etirazçı ölkə parlamentinin binası qarşısındakı parkda çadır qurub.
Nümayişçilər qazın, digər enerji resurslarının və ərzaq məhsullarının qiymətlərinin artımına qarşı etiraz edib.
Etirazçılar həmçinin həyat səviyyəsinin aşağı düşməsindən, yüksək inflyasiyadan və hakimiyyətin ölkədəki böhranın öhdəsindən gələ bilməməsindən şikayət ediblər.