“İstanbul bazarı”na silahlı basqın - Ölənlər VAR
    • 9-02-2024, 12:35
    • 172

“İstanbul bazarı”na silahlı basqın - Ölənlər VAR

Gürcüstanın Rustavi şəhərində naməlum şəxs “İstanbul bazarı”nın satıcılarına atəş açıb.

News24.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, bir neçə şəxs yaralanıb.  

Məlum olub ki, 1988-ci il təvəllüdlü G.O. marketin ərazisində bir neçə dəfə atəş açıb. Atışma nəticəsində təqsirləndirilən şəxsin bazarda işləyən əmisi də daxil olmaqla 4 nəfər həlak olub. Təqsirləndirilən şəxsin əmisi oğlu olan bir nəfər xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Qumral