Misirdə polis İsraildən olan turistlərə atəş açıb: ÖLƏNLƏR VAR
    • 8-10-2023, 13:47
    • 227

Misirdə polis İsraildən olan turistlərə atəş açıb: ÖLƏNLƏR VAR

İsgəndəriyyədə atışma nəticəsində iki israilli turist və bir misirli ölüb. 

News24.az xəbər verir ki, bu barədə Sky News - Arabia məlumat yayıb.

İsraildən gələn turist qruplarından birinə polis atəş açıb. Hadisəni törədən şəxs saxlanılıb. Nəticədə ilkin məlumata görə, 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Sayın artacağı ehtimal edilir.

İsrail rəsmiləri hadisə ilə bağlı hələlik şərh verməyib.