Goranboyda minik avtomobili yandı
    • 11-02-2024, 22:03
    • 171

Goranboyda minik avtomobili yandı


Goranboy şəhərində avtomobil təmiri sexində təmirə dayanan "VAZ" markalı minik avtomobilinin salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.