Səbinə İsmayılova faciəvi şəkildə vəfat etdi
    • 12-02-2024, 10:23
    • 13 111

Səbinə İsmayılova faciəvi şəkildə vəfat etdi

Neftçalada gənc qız dəm qazından boğulub.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Neftçala şəhəri, M.Hadi küçəsində yerləşən evlərdən birində baş verib.

Belə ki, 18 yaşlı Səbinə İsmayılova yaşadığı evin həyətində tikilmiş hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb. 

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.