-
- 12-02-2024, 17:32
- 230
"Veymar Üçbucağı" bərpa olunur?
Fransa və Polşa geosiyasi vəziyyət və Ukraynaya dəstək məsələsində eyni mövqedədirlər.
News24.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
“Biz bütün çətin vəziyyətlərdə həmrəyliyə hazır olduğumuza dair ümumi siqnal göndərmək istəyirik... Biz "Veymar Üçbucağı"nı bərpa edirik”,- deyə nazir bildirib.
Qeyd edək ki, Almaniya, Fransa və Polşa arasında "Veymar Üçbucağı" siyasi əməkdaşlıq platforması 1991-ci ildə yaradılıb. Bu qeyri-rəsmi beynəlxalq birliyidir. Qrup xarici işlər nazirlərinin və dövlət başçılarının çoxsaylı görüşlərinə ev sahibliyi edir. Sammitlərdə Ukrayna ilə bağlı məsələlər tez-tez müzakirə olunur.
Mehriban Mirzəzadə