Tanınmış aktyor Səhiyyə Nazirliyindən KÖMƏK İSTƏDİ
    • 12-02-2024, 21:49
    • 3 001

Tanınmış aktyor Səhiyyə Nazirliyindən KÖMƏK İSTƏDİ

“Çox istərdim ki, xarici ölkələrdə nevroloji sanatoriyaların birində müalicəmə şərait yaratsınlar”.

News24.az bildirir ki, bu sözləri tanınmış aktyor Allahverdi Yolçuyev Yenicag.az-açıqlamasında deyib.

Uzun müddətdir ki, parkinson xəstəliyindən əziyyət çəkən, buna görə sənətindən də uzaq düşən aktyor yalnız ölkə xaricində bu xəstəlikdən qurtulmağın mümkün olduğunu bildirib.

Sənətçi bunun üçün isə, maddi imkanının olmadığını dilə gətirib:

“Azərbaycanda mütəmadi müalicə alıram, sağ olsun həkimlər, əllərindən gələni edirlər. Amma səhhətimdə irəliləyiş yoxdur. Bu xəstəliyin tam müalicəsi xaricdə mümkündür.

Çox istərdim ki, Səhiyyə Nazirliyi mənə kömək etsin. Xarici ölkələrdə nevroloji sanatoriyaların birində müalicəmə şərait yaratsınlar. Çünki elə maddi imkanım yoxdur ki, öz hesabıma gedib hansısa ölkədə müalicə olunum”.