Zaqataladakı dəhşətli qəzadan sağ çıxan uşaqdan YENİ XƏBƏR
    • 13-02-2024, 13:40
    • 313

Zaqataladakı dəhşətli qəzadan sağ çıxan uşaqdan YENİ XƏBƏR

Bir neçə gün əvvəl Zaqatalada baş verən dəhşətli qəzada xəsarət alan 11 yaşlı İbrahimin son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən bildirilib ki, uşaq artıq özünə gəlib vəziyyəti stabildir. Buna görə də İbrahim reanimasiyadan palataya köçürülüb. 

Qeyd edək ki, fevralın 8-də Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub. 

Nəticədə azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə Bakıya gətirilib. /lent