![DİN məktəblilərin ölümü ilə bağlı məlumat yaydı](/uploads/posts/2024-02/1492058.webp)
-
- 8-02-2024, 16:22
- 216
DİN məktəblilərin ölümü ilə bağlı məlumat yaydı
Zaqatalada avtomobilin iki şagirdi vuraraq öldürməsi ilə bağlı cinayət işi başlanıb.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd olunub ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub. Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.