Zaqatalada avtomobilin vurub öldürdüyü məktəblilərin FOTOSU
    • 8-02-2024, 21:52
    • 464

Zaqatalada avtomobilin vurub öldürdüyü məktəblilərin FOTOSU


Zaqatalada avtomobilin vurub öldürdüyü məktəblilərin fotosu yayılıb. 

News24.az Lent.az-a istinadla onların fotosunu təqdim edir:

Qeyd edək ki, bu gün saat 13:00 radələrində Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş, İbrahimov Emin Oqtay oğlu sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə Zaqatala rayonunun Göyəm kəndi ərazisində hərəkətdə olarkən sərt döngədə idarəetməni itirməsi nəticəsində yolun kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, nəticədə azyaşlılardan Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə xəsarətlə Zaqatala rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.