-
- 13-02-2024, 14:06
- 648
Kimyaterapiyaya alternativ xərçəng müalicəsi tapıldı
ABŞ-da elm adamları nanotexnologiya sayəsində kimyaterapiyaya alternativ ola biləcək xərçəng müalicə üsulu aşkar ediblər.
News24.az bildirir ki, Texasdakı Rays Universitetinin tədqiqatçıları tərəfindən "molekulyar çəkiclər" (MHJ) adlandırılan üsul şişləri aradan qaldırmaq üçün gələcəkdə istifadə edilə bilər.
Araşdırmanın aparıcı müəllifi Ciceron Ayala Orozco texnologiyanın hələlik yalnız siçanlar üzərində sınaqdan keçirildiyini və prinsipcə işlədiyini bildirib. Akademik bildirib ki, insanlar üzərində təcrübələr ancaq illər sonra aparıla bilər.
Orozco həmçinin MHJ texnologiyasının xərçəng müalicəsində istifadə edilən kimyaterapiya ilə müqayisədə çox daha az yan təsirlərə səbəb olacağını ifadə edib.