-
- 14-02-2024, 09:21
- 196
Şimali Koreya bir neçə naməlum raket atıb
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (JCS) açıqlamasında bildirib ki, raketlər səhər saat 9 radələrində Vonsan şəhərinin şimal-şərqindəki sulara atılıb.
News24.az xəbər verir ki, həm Cənubi Koreya, həm də ABŞ kəşfiyyat orqanları buraxılışla bağlı ətraflı təhlil aparıblar.
JCS, Cənubi Koreyanın Yonhap agentliyinə istinadən xəbər verir ki, “Monitorinq və sayıqlığımızı gücləndirməklə yanaşı, ordumuz Şimali Koreyanın təxribatlarının əlavə əlamətlərini izləmək üçün ABŞ ilə sıx koordinasiyadadır”.
Ən son qanadlı raket buraxılışı Pxenyanın bu il ərzindəki beşinci buraxılışı idi.
Şimali Koreyanın bir sıra silah sınaqları, o cümlədən quru və dəniz qanadlı raketləri, habelə Koreyalararası dəniz sərhədi yaxınlığında artilleriya atəşi həyata keçirməsindən sonra Koreya yarımadasında gərginlik artıb.
Günel Məlikzadə