Ən populyar 11 oyun AÇIQLANDI
    • 14-02-2024, 11:25
    • 142

Ən populyar 11 oyun AÇIQLANDI

Yanvarın 19-da satışa çıxarılan Palworld qısa müddətdə Pokemona bənzər konsepti ilə Steam tarixində ən çox oyunçuya sahib ikinci oyun oldu. Bizi Battle Royale konsepti ilə tanış edən PUBG-ni keçə bilməyən oyunda son vaxtlar işlər yaxşı getmir. Çünki son hesabatlar Palworld-ün sürətlə populyarlığını itirdiyini ortaya qoyur. 

News24.az xəbər verir ki, SteamDB həftənin ən çox satılanlar siyahısını  yenilədi. Keçən həftənin ən populyar oyunlarına baxdığımızda zirvədə əhəmiyyətli bir dəyişiklik olduğunu görürük. Çünki bir neçə həftədir zirvədə olan Palworld son zamanlar maraq itkisi ilə birinci yerdən dördüncü yerə düşüb. Siyahının başında keçən həftə çıxan Helldivers 2 gəlir.

Ən populyar 11 oyun:

  1. Helldivers 2
  2. Counter-Strike 2
  3. PUBG
  4. Palworld
  5. Dota 2
  6. Call of Duty
  7. Apex Legends
  8. Steam Deck
  9. Granblue Fantasy: Relink
  10. Enshrouded
  11. Yu-Gi-Oh! Master Duel