DGKA-nın dinləyiciləri atış üzrə təlimdə olublar
    • 18-04-2019, 13:48
    • 3 797

DGKA-nın dinləyiciləri atış üzrə təlimdə olublar

Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşları üçün təşkil edilən növbəti xidmətə ilkin hazırlıq təlimlərinin dinləyiciləri tədris planı və proqramına uyğun olaraq, Daxili İşlər Nazirliyinin atış poliqonunda birinci təlim atış çalışmalarını yerinə yetiriblər.

DGK-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov və akademiya heyətinin üzvləri də təlimdə iştirak ediblər.

Dinləyicilər təhlükəsizlik qaydaları, atışın şərtləri və digər təlimatlarla tanış olduqdan sonra "Makarov" markalı tapança ilə atış qaydalarını məşq edib və praktiki atış çalışmalarını yerinə yetiriblər.