“BakuBus”la bağlı yeni QƏRAR
    • 15-02-2024, 15:09
    • 368

“BakuBus”la bağlı yeni QƏRAR

Prezident İlham Əliyev “BakuBus” MMC-nin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 30 mart 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.

News24.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, bundan sonra Cəmiyyətin icra orqanının üzvlərini, o cümlədən rəhbərini Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurası vəzifəyə təyin və vəzifədən azad edəcək.