-
- 15-02-2024, 16:27
- 246
Bakıda məktəblinin ölüm səbəbi açıqlandı
12.02.2024-cü il saat 22:51 radələrində 03.09.2010-cü il təvəllüdlü (qadın cinsli) şəxs Sabunçu Tibb Mərkəzinin nəzdindəki Məhəmmədi Modul Tipli Xəstəxanasına hospitalizasiya olunub.
News24.az bildirir ki, bu barədə Modern.az-a cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, yeniyetmədə 03.02.2024-cü il tarixindən infeksion mənşəli xəstəliyə yoluxma halı qeydə alınıb:
"Tibb müəssisəsinə vəziyyəti son dərəcə ağır, şok vəziyyətində, intoksikasiya əlamətləri ilə daxil olub.
Ona qızılcanın ensefalitlə ağırlaşması, kəskin tənəffüs çatışmazlığı, ürək-damar çatışmazlığı, kəskin böyrək çatışmazlığı, hipovolemik şok diaqnozu təyin edilib.
Pasiyentin 13.02.2024-cü il tarixində vəziyyəti pisləşib, tənəffüs və ürək-damar çatışmazlığı əlamətləri qeyd edilib.
Həmin gün saat 19:40 radələrində pasiyentdə ürək fəaliyyətinin dayanması halı baş verib, aparılan reanimasion tədbirlər nəticə verməyib.
Ölüm səbəbi kəskin ürək-damar, tənəffüs çatışmamazlığı və kəskin böyrək çatışmazlığı olaraq qeyd edilir".