Asteroidin səthində su aşkar edildi — İLK DƏFƏ
    • 15-02-2024, 21:00
    • 230

Asteroidin səthində su aşkar edildi — İLK DƏFƏ

Alimlər ilk dəfə olaraq İris və Massaliya adlı iki asteroidin səthində su molekulları aşkar ediblər.

News24.az Demokrat.az-a istinadla xəbər verir ki, bu barədə “Space” saytı məlumat yayıb.

Bildirilib ki, Stratosfer İnfraqırmızı Astronomiya Rəsədxanası (SOFIA) Teleskopu ilə alimlər tərəfindən bir neçə müşahidə aparılıb.

Aparılan müşahidələr nəticəsində İris və Massalia asteroidlərinin səthində su molekulları tapılıb. 

Diametri 199 kilometr olan İris və 135 kilometr diametrli Massaliya Günəşdən təxminən 357 milyon 539 min kilometr məsafədə orbitdədir. 

Qeyd edək ki, müşahidələrdən sonra yerə gətirilən asteroid nümunələrində də su molekullarına rast gəlindiyi vurğulanıb.

Həmçinin, bunun asteroidlərin səthində su olduğuna dair ilk kəşf olduğu qeyd edilib.