-
- 16-02-2024, 11:01
- 159
Bu yüksək kürsüdən bir daha bəyan edirəm ki... - Əli Əsədov
2019-cu ildə Prezident İlham Əliyev tərəfindən ilk dəfə Baş nazir vəzifəsinə namizədliyimin irəli sürülməsi zamanı bu yüksək kürsüdən çıxışımdan ötən müddətdə Nazirlər Kabineti ilə Milli Məclis arasında fəal birgə iş aparılmışdır.
News24.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov deyib.
"Ötən müddət ərzində Hökumət və ölkəmizin qanunverici orqanı arasında konstruktiv və səmərəli işbirliyi qurulmuş, müxtəlif qanun layihələrinin və sənədlərin məhsuldar birgə müzakirəsi keçirilmişdir.
Buna görə hörmətli deputatlarımıza təşəkkürümü ifadə edirəm.
Ümidvaram ki, növbəti müddətdə də bu xoş ənənəni davam etdirəcəyik və birgə səylərimiz bundan sonra da ölkəmizin tərəqqisinə və xalqımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcəkdir.
Yaxın zamanda Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat təqdim olunacaq. Ötən il Hökumət tərəfindən görülən işləri və qarşıda duran vəzifələr ətraflı şəkildə müzakirə edəcəyik.
Bu yüksək kürsüdən bir daha bəyan edirəm ki, Azərbaycan Hökuməti ölkəmizin davamlı inkişafının və xalqımızın firavan həyatının təmin edilməsi ilə bağlı dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşımıza qoyulan vəzifələrin və verilən tapşırıqların vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün səylərini səfərbər edəcək".
Fərid Azəri