Azərbaycanda "Jiquli" istehsal oluna bilər
    • 16-02-2024, 11:04
    • 209

Azərbaycanda "Jiquli" istehsal oluna bilər


“AvtoVAZ” şirkəti Azərbaycanda “Lada” avtomobillərinin istehsalına başlamaq üçün danışıqlar aparır. Şirkətin prezidenti Maksim Sokolov danışıqların müsbət nəticələnəcəyinə ümid edir.

News24.az Lent.az-a istinadla bildirir ki, “AvtoVAZ”ın Azərbaycandakı nümayəndə heyəti “Lada”nın irimiqyaslı yığılması üçün istehsal gücünü təhlil edir. Sokolov məsələnin 2024-cü ilin yazında irəliləyəcəyini gözləyir.

Şirkət “Tolyatti”, “İjevsk” və Sankt-Peterburqda istehsal müəssisələrinin sahibidir. İl ərzində 352,6 min avtomobil istehsal edir.

2023-cü ilin sonunda “AvtoVAZ”, Sankt-Peterburqda növbəti altı il ərzində 12 yeni modelin buraxılacağını elan edib.