Zəngəzur dəhlizi regional əlaqələri inkişaf etdirəcək - Cahit Bağçı
    • 16-02-2024, 15:40
    • 125

Zəngəzur dəhlizi regional əlaqələri inkişaf etdirəcək - Cahit Bağçı

Orta Dəhliz məsələsi qlobal iqtisadiyyat üçün lazimi əhəmiyyətə malikdir.

News24.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı "Qlobal Sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz" mövzusunda keçirilən beynəlxalq paneldə deyib.

O bildirib ki, qlobal idarəetmə sistemi reformasiya edilməlidir: 

“Qlobal mexanizmlər problemlərin həlli istiqamətində lazımi avadanlıqlara sahib deyillər. Tarixə nəzər saldıqda görə bilərik ki, qlobal mexanizmlər nə Qarabağda, nə Fələstində, nə Şimali Kiprdə ədaləti bərpa edib".

Cahid Bağcı onu da qeyd edib ki, bu region bizə rəqabətdən daha çox, əməkdaşlığa meyil etməli olduğumuzun göstəricisidir:

“Xəzər keçidli Orta Dəhliz qlobal iqtisadiyyat üçün həyati əhəmiyyətə malikdir. Bölgədə təşkil ediləcək sülhün böyük işlərin görülməsinə zəmin yaradacağına əminik. Biz Zəngəzur dəhlizinin regional əlaqələri inkişaf etdirəcəyinə inanırıq".

Mehriban Mirzəzadə