Əli Əsədov qırğız həmkarı ilə danışıqlar apardı
    • 16-02-2024, 18:54
    • 188

Əli Əsədov qırğız həmkarı ilə danışıqlar apardı


Azərbaycanın Baş naziri Əli Əsədov qırğızıstanlı həmkarı Akılbek Japarola telefonla danışıb.

Bu barədə News24.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Akılbek Japarov Əli Əsədovu Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Söhbət zamanı Azərbaycan ilə Qırğız arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Tərəflər həmçinin Azərbaycan-Qırğız qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.