Populyar kompüter oyunu iOS-a gəlir!
    • 17-02-2024, 16:50
    • 111

Populyar kompüter oyunu iOS-a gəlir!

Bildiyiniz kimi, "Apple" 2020-ci ildə tətbiqdə öz ödəniş üsullarından istifadə edərək qaydaları pozduğu üçün Epic Games Store-u App Store-dan silib. Bu addım texnologiya dünyasında çox danışılıb.  Hətta məhkəməyə də verilib.

News24.az xəbər verir ki, məhkəmə bir çox məsələlərdə "Apple" şirkətinin xeyrinə qərar çıxarıb. Bununla belə, texnologiya nəhəngi keçən il qüvvəyə minən Avropa Birliyinin Rəqəmsal Xidmətlər Qanunu çərçivəsində əhəmiyyətli dəyişikliklər etməli olub. Bu dəyişikliklərə uyğun olaraq, Epic Games Store-un söz verildiyi kimi App Store-a dönəcəyi açıqlanıb. "Fortnite" mağaza ilə birlikdə "iOS" istifadəçiləri üçün də əlçatan olacaq.

"Epic Games" bu gün rəsmi saytında 2024-cü il planlarını açıqlayıb. Bu elanda şirkət, Avropa üçün iOS-da "Epic Games Store" tətbiqini açmaq üçün tezliklə inkişaf işlərinə başlayacaqlarını açıqlayıb. Dəqiq tarix hələ verilməyib. Epic Games-in İsveç şirkəti bu mobil mağaza üçün məsuliyyət daşıyacaq. Bildirilir ki, bu şirkət üç studiyadan və ümumilikdə 60 işçidən ibarətdir.

Beləliklə, Epic Games Store-un "iOS" tətbiqi vasitəsilə oyun almaq mümkün olacaqmı? 

Bu məsələ ilə bağlı dəqiq cavab verilməsə də, çox güman ki, bəli, oyun satın alınacaq. 

Günel Məlikzadə